Dünya çempionatına hazırlaşan azərbaycanlı idmançılardan - BOYKOT
Bir ay sonra Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.
BAKU.WS-in məlumatına görə, PrimeTime.Az-a məlumat verən komandanın üzvləri Dünya Çempionatına bir ay qalmasına baxmayaraq, oyunlara hazır olmadıqlarını bildirib: "Güclü və əzmli olmaq üçün bizə yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almırıq. Yemək verilmir, həkimlər, masajistlər yoxdur.
Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Biz bu məsələ ilə əlaqədar bu və ya digər problemlərin işıqlandırılması üçün mətbuat konfransı təşkil etmişik. Səsimizə səs verən və bayraqlarımızı yüksəklərdə görmək istəyən bütün media nümayəndələrini görüşümüzə səsləyirik".
Qeyd edək ki, millinin üzvləri "Rio 2016" yay olimpiya oyunları zamanı qazandıqları pul mükafatlarını da indiyədək almadıqlarını söyləyib.
Məlumat üçün bildirək ki, mətbuat konfransı sabah 13:00-da "Excelsior" oteldə baş tutacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün Olimpiya çempionumuz Fərid Mansurovun doğum günüdür
Bu gün yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş mə...