Bakıda bu avtobuslar müsabiqəyə çıxarıldı

Bakıda bu avtobuslar müsabiqəyə çıxarıldı
Sosial 2153

Bakıda 7 avtobus xətti müsabiqəyə çıxarılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir.

Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.

(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248).

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda bir sıra sərnişin avtobusları müsabiqəyə çıxarılıb

Bakıda bir sıra sərnişin avtobusları müsabiqəyə çıxarılıb

Bakıda bir sıra sərnişin avtobusları müsabiqəyə çıxarılıb.Bu barədə Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.Qeyd ed...

930 Sosial 17:07 25 sentyabr 2018

Son xəbərlər