“Bakcell” şirkəti Qarabağdakı əhalinin nömrəsinə pulsuz dəqiqələr yükləyib

“Bakcell” şirkəti Qarabağdakı əhalinin nömrəsinə pulsuz dəqiqələr yükləyib
Sosial 6715

 

Azərbaycanın ilk mobil rabitə operatoru - "Bakcell” şirkəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.

BAKU.WS şirkətə istinadən xəbər verir ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) "Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.

Bununla yanaşı, "Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

BAKU.WS

Oxşar xəbərlər

"Whatsapp" "Bakcell" abunəçiləri üçün pulsuz oldu

"Whatsapp" "Bakcell" abunəçiləri üçün pulsuz oldu

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti "Whatsapp internet-mesencerindən pulsuz istifadə imkanını təqdim edib. BAKU.WS-in Trend-ə istinadla verdiyi məl...

28061 Sosial 14:26 07 mart 2016

Son xəbərlər