Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə (FOTO)
01
okt
2018
08:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur.”Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda gərgin anlar – Sərnişinlər təxliyyə edildi
Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.BAKU.WS xəbər verir ki, səhər saat 08 radələrində metronun “Ulduz” stansiyası ilə “Nərimanov” stan...