Bağçalarda işə qəbul üzrə sualların sayı və məzmunu açıqlanıb

Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində məzmun sahələri və sual sayı müəyyənləşib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, metodist olmaq istəyənlər hüquqi savadlılıqdan 5 sual, pedaqoji prosesin təşkili və metodikası üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə isə 15 suala cavab verməli olacaqlar.
Metodist işinin xüsusiyyətlərinə gəlincə, namizədlər metodistin vəzifə funksiyaları üzrə 20 suala cavab vermələri olacaqlar.
Bundan başqa, tərbiyəçi vəzifəsi üzrə hüquqi savadlılıq məzmun sahəsində 8 suala, pedoqoji prosesin təşkili sahəsi üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə 12 suala cavab verilməsi şərti qoyulub.
Bağçada işləmək istəyənlər inkişaf sahələri üzrə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik baxımından 5, idrakın inkişafı üzrə 5, estetik və yaradıcı inkişaf üzrə 5, sosial-emosional inkişaf üzrə də 5 suala cavab verilməli olacaqlar.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu prosesində psixoloji test olmalıdırmı? - RƏY
Son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibə məsələsini gündəmə gə...
