Babək prospektində yeni PROBLEM - Sürücülər geri dönə bilmir - VİDEO

30
noy
2018
21:04
Babək prospektində geri dönüş nöqtələrində quraşdırılan siqnal dirəkləri sürücülərin narazılığına səbəb olub.Nisbətən böyük maşınlar həmin nöqtələrdən çətinliklə geri dönür. Bu səbəbdən kiçik qəzalar da baş verir.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yolda avtomobili ilə geriyə dönmək istəyən sürücülər böyük çətinliklə üzləşir. Xüsusən böyük avtomobillərlə geri dönüş nöqtələrindən birdəfəyə dönmək mümkün deyil.Prospektdə aparılan yenidənqurma işləri zamanı geri dönüş nöqtələrində təşkil edilən yol hərəkəti sürücülərə çətin anlar yaşadır.Sözügedən problem sürücülərin haqlı narazılığına səbəb olub. Hətta çəkiliş zamanı dönmək istəyən sürücülərdən biri digər avtomobili vurub.Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sürücülərin üzləşdiyi bu problem araşdırılacaq. Əgər həqiqətən problem olduğu təsdiqlənərsə, lazımi tədbirlər görüləcək.BAKU.WS
Oxşar xəbərlər
Yolda təmir bitmədən yol polisi sürücüləri cərimələyir - VİDEO
Yolda təmir bitmədən yol polisi sürücüləri cərimələməyə başlayıb.BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət Paytaxtın Xətai rayonu Babək prospektinin...
