Baş nazirdən YENİ QƏRAR - Adın, ata adının və soyadın dəyişdirilməsində QAYDALAR DƏYİŞDİ
09
avq
2018
09:18
Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır
Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. BAKU.WS-in məlumatına görə, bununla bağlı prezident tərəfində...