AzTU tələbələrinə xəbərdarlıq edildi - Koronavirusla bağlı şayiə yayırdılar

AzTU tələbələrinə xəbərdarlıq edildi - Koronavirusla bağlı şayiə yayırdılar
Sosial 283

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:

"Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.

Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tələbələrin kredit götürməsi qaydalarına dəyişiklik edildi

Tələbələrin kredit götürməsi qaydalarına dəyişiklik edildi

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilib.Nazirlər Kabinetinin qərarı ilə tələbələrin bir sem...

1504 Sosial 08:38 12 yanvar 2018

Son xəbərlər