Azərbaycanın aparıcı pivə istehsalçısı işini dayandırır

Azərbaycanın aparıcı pivə istehsalçısı işini dayandırır
Sosial 4870

Azərbaycan pivə bazarının 75%-nə nəzarət edən "Baltika-Bakı" MMC sentyabrın 1-dən istehsalı 2 ay müddətinə dayandıracaq.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Şirkətin mətbuat xidmətindən məlumat verilib.

Sentyabr-oktyabr aylarında "Baltika-Bakı" yalnız satışla məşğul olacaq. Tələbatı ödəmək üçün hazırda Şirkətdə pivə istehsalı davam edir.

"Baltika-Bakı"nın qiymətləndirməsinə əsasən, bu ilin ilk yarısında Azərbaycanın pivə bazarı 30% kiçilib. Buna səbəb isə manatın 2 dəfə dəyərdən düşməsi, eləcə də bu ilin əvvəlində aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışının müvəqqəti qadağan edilməsidir. Bundan başqa, Tarif Şurasının mayın 16-da qəbul etdiyi qərarla su növlərinin xammal və texniki təyinatı üzrə ayrılması ləğv edilib, standart 8 manatlıq qiymət müəyyən edilib. Bu isə Şirtkətin təkcə bu il xərclərini 420 min manat artırıb.

"Sadalanan hallar, ramazan ayı ərzində satışın kəskin şəkildə aşağı düşməsi və illik satışın 70% əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Buna görə şirkət "qaynar mövsüm" başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmağa qərar verib. Bu dövrdə əməkdaşların təqribən 80%-i boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə onlara əmək haqlarının 2/3 hissəsi ödəniləcək", - deyə "Baltika-Bakı"dan bildirilib.

Qeyd edək ki, Xırdalan şəhərində yerləşən pivə zavodunun illik istehsal gücü 10 mln. dekalitr təşkil edir. "Baltika-Bakı"da təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribütor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. Zavodun inkişafına yatırılan ümumi məbləğ 47 mln. manatdan çoxdur, illik vergi ödəmələri isə təqribən 20 mln. manat təşkil edir.

BAKU.WS

Oxşar xəbərlər

Tarif Şurasının səlahiyyətlərindən biri əlindən alındı

Tarif Şurasının səlahiyyətlərindən biri əlindən alındı

Nazirlər Kabineti "Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikat...

1269 Sosial 12:06 12 iyun 2016

Son xəbərlər