Azərbaycanlı gəncdən insanları ölümdən xilas edəcək unikal ixtira (VİDEO)

Azərbaycanlı gəncdən insanları ölümdən xilas edəcək unikal ixtira (VİDEO)
Video
Sosial 4759
 

Azərbaycanın Şirvan şəhərində yaşayan Şamil Qocayev adlı elektrik ustası qaz sızıntısını ev sahibinə telefonla bildirən cihaz ixtira edib.

BAKU.WS-in məlumatına görə, 30 yaşlı Şamil mətbuatda tez-tez təbii qaz sızmasından insanların öldüyü xəbərlərini oxuduğunu və çox məyus olduğunu bildirib. Azərbaycanlı gənc bu ölüm hadisələrinin qarşısını almaq üçün belə bir cihaz hazırlağa qərar verdiyini söyləyib. 

Azərbaycanlı elektrik cihazın necə çalışdığını CİHAN Xəbər Agentliyinin əməkdaşlarına izahlı olaraq da göstətib: "Cihaza evdəki təbii qaz sızmasını xəbər verəcək telefon nömrəsini kodlayırıq. Cihazın qurulduğu evdə təbii qaz sızması olduğunda həyəcan siqnalı işə düşür. İlk əvvəl pər fırlanmağa başlayır. Daha sonra kodlaşdırılan nömrəyə zəng gedir və səsli olaraq "evdə qaz sızıntısı var" mesajı ev sahibinə çatdırılır. Sızmaya müdaxilə edilənə qədər bu mesaj davam edir. Ev sahibi mənzilə gedib cihazı bağlayana qədər bu xəbərdarlıq dayanmayır".

Şamil ixtira etdiyi alətin bir çox adamın həyatını xilas edəcəyini iddia edir. Azərbaycanda əlaqədar təşkilatlara müraciət edərək ixtiranın bütün haqqlarını almaq istədiyini söyləyən Şamil aləti daha da inkişaf etdirəcəyini sözlərinə əlavə edib.

Azərbaycanlı ixtiraçı daha əvvəl də evə girən oğrunu ev sahibinə bildirən bir alət ixtira etmişdi.

 

Şahin Həbibov

BAKU.WS

Azərbaycanlı gəncdən insanları ölümdən xilas edəcək unikal ixtira (VİDEO)

Azərbaycanlı gəncdən insanları ölümdən xilas edəcək unikal ixtira (VİDEO)

Azərbaycanlı gəncdən insanları ölümdən xilas edəcək unikal ixtira (VİDEO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Transformatorda yanan gəncdən xəbər var

Transformatorda yanan gəncdən xəbər var

Bakının Nəsimi rayonunda transformat məntəqəsinin içində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyev yaxın günlərdə evə buraxılacaq. BAKU.WS xəbər verir...

1751 Sosial 17:19 19 noyabr 2015

Son xəbərlər