Azərbaycanlı dermatoloq sızanaqla bağlı doğruları açıqladı (FOTO)

Azərbaycanlı dermatoloq sızanaqla bağlı doğruları açıqladı (FOTO)
Sosial 8054

 

Azərbaycanlı dermatoloq Dr. Şikar Hüseynov sızanaq (Akne) ilə bağlı doğruları açıqlayıb. 

Sızanaq (Akne) – tük follikulu və ona bitişik yağ vəzilərinin xroniki iltihabi xəstəliyidir. Yağ vəzlərindən zəngin bölgələrdə (alın, yanaq, çənə, sinə, kürək) olur.

Sızanaq müxtəlif yaşlarda yarana bilər. Adətən yeniyetməlik yaşlarından etibarən başlar, 25 yaşına qədər görülə bilər. Bəzi hallarda isə 25 yaşından sonra da davam edə bilər. Daha uzun müddət davam edən qadın sızanaqlı xəstələrdə bəzi hallarda endokrin (hormonal) vəya ginekoloji problemlər də ola bilər.

Sızanaqların yaranmasında 4 mərhələ var:

1) Yağ ifrazının artması

Androgen hormonların təsirindən dəridə yağlanma artır. Sızanaqlı insanların bir çoxu genetik olaraq yağlı dəriyə sahib olur. 

2) Follikul kanalının keratin tıxacla tutulması

Yağ vəzisi tük follikulu ilə bərabər dəri səthinə açılır. Lakin kanal keratin tıxacla tutulanda yağ xaric ola bilmir və dəri altında toplanır. 

3) Bakteriyaların artması

Propionibacterium acnes başda olmaqla, Stafilokokklar, Malassezia kimi mikroorganizmalar artar.

4) İltihab 

- Artan yağlılıq, keratin tıxac, mikroorqanizmalar iltihaba səbəb olur.

Dr Şikar Hüseynov

Uzm. Dermatoloq

 

Tel: 0553034249, 0773034249, 0703034249 

 

Facebook: drshikarhuseynov

İnstagram: drshikarhuseynov

Youtube: drshikarhuseynov

 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı dermatoloq sızanaqlarla bağlı 5 yalanı açıqladı (FOTO)

Azərbaycanlı dermatoloq sızanaqlarla bağlı 5 yalanı açıqladı (FOTO)

Sızanaq (Akne) çox sıx görülən dəri xəstəliyidir. Hər bir insan ən azından yeniyetməlik vəya gənclik illərində sızanaq problemi ilə üzləşir. Hətta bəzi insanl...

10089 Sosial 11:32 25 may 2017

Son xəbərlər