Azərbaycanda ov edərkən ölən ərəblər qanunu pozublarmış

Azərbaycanda ov edərkən ölən ərəblər qanunu pozublarmış
Sosial 1241

 

Bu gün gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ov icazəsi verilməyib.

BAKU.WS-in ETSN-ə istinadla verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistan və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 08 fevral 2015-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri "Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qəzaya düşən ərəb ovçulardan xəbər var

Azərbaycanda qəzaya düşən ərəb ovçulardan xəbər var

Son vaxtlar ov üçün ölkəmizə tez-tez üz tutan Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları ötən gün qəzaya düşüblər. İdarə etdikləri "Toyota Prado" markalı avtom...

1314 Hadisə 10:51 09 fevral 2016

Son xəbərlər