Azərbaycanda dollar ucuzlaşa-ucuzlaşa gedir
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 18-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 18-ə 1,5644 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5675 manata bərabər olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan manatı bahalaşdı (RƏSMİ)
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların bu günə olan rəsmi məzənnəsini açıqlayıb. BAKU.WS-in Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, rəsmi məzənnə bu günə...