Azərbaycanda büdcə təşkilatlarının kommunal xidmətlərə görə 3,9 milyon manat borcu var
16
noy
2018
21:07
2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98,0 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ən çox Rusiyadan alır, İtaliyaya satır
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 10...