Azərbaycan polisindən İLK - doğum şöbəsində körpələrin sənədləri verildi
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
BAKU.WS-in məlumatına görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbir Yasamal Rayon Polis İdarəsinin və rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə iyunun 1-də gerçəkləşib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə təşkil edilən tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar bir ilkə imza atıblar. Həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən 3 körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər.
Gələcəkdə belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ana və övladı doğuş zamanı dünyasını dəyişdi
Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb. "Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov...