Azər Həsrətdən rusdillilərə ağır sözlər - "İçməyə və çəkməyə meyillidirlər"
16
apr
2019
08:46
Tanınmış jurnalist və hüquq müdafiəçisi Azər Həsrət sosial şəbəkələrdə etdiyi paylaşımla böyük qalmaqala səbəb olub. BAKU.WS xəbər verir ki, jurnalist Azərbaycanda rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini bildirib. Onun bu sözləri sosial şəbəkələrdə kəskin müzakirələrin yaranmasına səbəb olub. “Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”, - deyə jurnalist yazıb.BAKU.WS
Oxşar xəbərlər
Tanınmış jurnalist qəfil dünyasını dəyişdi
Tanınmış jurnalist Gündüz Nəsibov qəfil dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat veriblər. Verilən məlumata görə, jurnalis...