AzQAC mövqeyində qərarlıdır: “İki TIR ərzaq yükü Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yükünün Xankəndiyə çatdırılması üçün hələ də cavab gözləyirik”.
BAKU.WS xəbər verir ki, bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq 5-ci gündür ki, müvafiq bir işçi heyəti ilə burdadırlar: “Hamı üçün məqsədimiz bəllidir. Məqsəd və məramımız ondan ibarətdir ki, iki yük maşınında olan ərzaq yükünü Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq.
Hələ heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlıyacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməniəsilli sakinlərə çatdırılana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Qarabağdakı erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağda...