“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən jurnalistlər üçün “Rəqəmsal transformasiyanı sürətləndirən xidmət və məhsullar” mövzusunda təlim keçirilib.
BAKU.WS-in əməkdaşının da iştirak etdiyi təlimdə müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-ə yaxın jurnalist iştirak edib.
Tədbir zamanı “AzInTelecom”un əməkdaşları tərəfindən bulud həlləri, vahid nömrə satışı, mobil nömrədaşıma, elektron sənəd dövriyyəsi, onlayn ödəniş sistemi, SİMA rəqəmsal həllər platforması, telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması, mobil cihazların qeydiyyat sistemi və informasiya təhlükəsizliyi xidmətləri barədə çıxışlar olub.
Ümumilikdə interaktiv formada baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda jurnalistlər arasında test müsabiqəsi təşkil edilib. Təlimi uğurla başa vuran jurnalistlərə hədiyyələr təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...