“Azertexnolayn” MMC koronavirusla mübarizəyə 200 min manat ayırdı

“Azertexnolayn” MMC koronavirusla mübarizəyə 200 min manat ayırdı
Sosial 1412

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Azertexnolayn" MMC tərəfindən də dəstək göstərilib.

MMC-dən bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Bir olaq, dəstək olaq" çağırışına qoşulan "Azertexnolayn" MMC koronavirusla mübarizə məqsədilə Fonda 200 min manat vəsait köçürüb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentlərindən olan "Azertexnolayn" MMC 2013-cü ildən fəaliyyət göstərir.

Ölkədə sənaye infrastrukturunun inkişafına, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsinə öz töhfəsini verən müəssisədə ixracyönümlü polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Koronavirusla bağlı yaradılan işçi qruplarının tərkibi təsdiqləndi

Koronavirusla bağlı yaradılan işçi qruplarının tərkibi təsdiqləndi

aş nazir Əli Əsədov koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan...

1164 Sosial 20:56 21 mart 2020

Son xəbərlər