"Azərsu" hava şəraitinə görə suyun həcmini artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Bakı və Abşeron yarımadası, həmçinin regionlarda mənbələrdən ötürülən suyun həcmini artırıb.
Bu barədə qurumdan bildirilib.
Buna səbəb son günlər ölkədə kəskin istilərin müşahidə edilməsidir.
Əlavə olaraq anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri də həyata keçirilir.
Qurum hidrometeroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələrini xahiş edir.
Oxşar xəbərlər
Nazir müşaviri sudan ödənişli istifadə qaydalarını açıqlayıb
Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən...