“Azərsu” gücləndirilmiş rejiminə keçir
10
avq
2019
16:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.“Azərsu”dan BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
Oxşar xəbərlər
Bu ərazilərdə gecə saatlarınadək su olmayacaq - XƏBƏRDARLIQ
Bu gün Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəməri...