Bu ərazilərdə gecə saatlarınadək su olmayacaq - XƏBƏRDARLIQ

17
iyl
2019
17:32
Bu gün Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.
Oxşar xəbərlər
Bu ərazilərdə su olmayacaq - SİYAHI
Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqət...
