"Azərsu" 25 min manatadək cərimələnə bilər - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində qurğulardan istifadə qaydalarının pozulması aşkarlanıb.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, aşkarlanan nöqsanla bağlı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
Qeyd edək ki, nöqsan təsdiqlənərsə, “Azərsu” 20 min manatdan 25 min manatadək cərimə gözləyir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...