“Azərreyl” voleybol klubunun masajçısı məhkəməyə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan “Azərreyl” voleybol klubunun masajçısı Natalya Litovçenko yaşadığı evi qanunsuz tərk etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, o, karantinin 12-ci günündə Qaradağ Rayon Lökbatan qəsəbəsində polisin nəzarətinə götürülüb.
Litovçenko Natalya İqoryevna barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi açılıb.
Onun haqqında olan cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.
Oxşar xəbərlər
Polisdən evdə oturmayan koronavirus xəstələrinə ÇAĞIRIŞ
Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzərətdə saxl...