"Azəristiliktəchizat": İstilik tarifləri aşağıdır

Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır.
BAKU.WS report-a istinadn xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O, hazırda "Azəristiliktəchizat"ın subsidiya ilə fəailiyyət göstərdiyini qeyd edib:
"Buna görə də istənilən istilik təchizatı obyektinin "Azəristiliktəchizat"ın balansına verilməsi üçün həm əlavə xərc çəkilməsi, həm də əlavə subsidiya ödənilməsi tələb olunur. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır.
2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu, gəlirləri müəyyən qədər artırmağa imkan verib, bizim ildə təxminən 2 milyon manat əlavə gəlir əldə etməyimizə səbəb olub. 2025-ci il yanvarın 1-dən tariflər hər kv.m. üçün 30 qəpik civarında məyyən edilib. Bu da gəlirlərin iki dəfə artması deməkdir".

Oxşar xəbərlər
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib. "Report"un Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun...