"Azərişıq" sədrindən federasiyanın vitse-prezidenti ilə bağlı ƏMR
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov vəzifəsindən azad edilərək sədrin müşaviri təyin edilib.
Digər bir əmr ilə “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov isə qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Əmirov eyni zamanda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidentidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...