"Azərişığ"ın sədri federasiya prezidenti seçiləcək

Azərişığın sədri federasiya prezidenti seçiləcək
Sosial 189

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.

BAKU.WS-in report-a istinadən məlumatına görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.

V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyib.

Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində keçiriləcək AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.

Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2016-cı ildən rəhbərlik edirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər