“Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada qaz təchizatından qanunsuz istifadə və özbaşına şəkildə müdaxilə halı aşkar edilib.
“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata əsasən, rayonun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə iki rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib.
Vətəndaş kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edib. Lakin qanunsuz qoşulma ləğv edilib.
Birlik tərəfindən xəbərdarlıq edilib ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...