Azərbaycanlı şagird Kopernik olimpiadasında qızıl medal qazanıb - FOTO/VİDEO

Azərbaycanlı şagird Kopernik olimpiadasında qızıl medal qazanıb - FOTO/VİDEO
Foto Video
Sosial 130

279 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Qəndab Məmmədova ABŞ-nin Kopernik olimpiadasının 2 qızıl medalına sahib olub.

BAKU.WS xəbər verir ki, o, olimpiadada fizika və astronomiya fənləri üzrə iştirak edərək birinci yeri qazanıb.

Məktəbli 2022-ci ildə olimpiadanın Azərbaycanda təşkil olunan mərhələsində qalib gələrək ABŞ-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdı.

Qeyd edək ki, o, 2 dəfə respublika fənn olimpiadalarında gümüş medala, 2022-ci ildə "Şuşa ili"nə həsr olunmuş respublika olimpiadasında qızıl medala layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər