Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - FOTO

Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - FOTO
Foto
Sosial 211

Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş, İstanbul valisi Ali Yerlikaya, Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazir və müavinlərinin dekabrda şəhər və rayonlarda vətəndaşların qəbul CƏDVƏLİ

Nazir və müavinlərinin dekabrda şəhər və rayonlarda vətəndaşların qəbul CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri və onların müavinləri 2019-cu ilin dekabr ayında vətəndaşların qəbulunu keçirəcəklər. BAKU.WS...

1154 Sosial 15:29 29 noyabr 2019

Son xəbərlər