Azərbaycanlı məşhurların Vaxtanq Kikabidze ilə bağlı PAYLAŞIMLARI KƏDƏRLƏNDİRDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Gürcüstan SSRİ-nin Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidze vəfat edib. Onun vəfatı bütün sənətsevərləri yasa boğub. Bir çox məşhurlar onun ölümü ilə bağlı paylaşım edərək Kikabidzenin ailəsinə və yaxınlarına başsağlığı veriblər. Onlar arasında yerli məşhurlar da var.
BAKU.WS azərbaycanlı tanınmışların Vaxtanq Kikabidze ilə bağlı paylaşımlarını təqdim edir:
Xalq artisti Emin Ağalarov:
"İnanılmaz bir şəxsiyyət, əfsanəvi musiqiçi, aktyor, bənzərsiz bir sənətçi Vaxtanq Konstantinoviç bugün hayatını itirdi. Bütün yaxın qohumlarına və dostlarına başsağlığı verirəm".
Xalq artisti Brilliant Dadaşova:
"Vaxtanq Kikabidze səsini sevdiyim, musiqiləriylə, oxumaq mədəniyyətiylə qəlbimdə yaşayan görkəmli insan, böyük ürək sahibi, əvəz olunmaz Vaxtanq Kikabidze dünyamızı tərk etdi. Bu vəfasız dünya daha bir dühasını yola saldı. Kədərimiz sonsuzdur!"
Əməkdar artist Manana Çaparidze:
"Çox ağır itki, çox heyif, bizim əvəzolunmaz, hamımızın sevimlisi, əfsanəvi aktyor, musiqiçi, müğənni və rejissor, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze vəfat etdi. Dəyərli Vaxtanq, böyük insan, sizin üçün çox darıxacağıq ... Ailəmiz adından yaxın və əziz insanlarınıza dərin hüznlə başsağlığı veririk, dərdinizə şərik oluruq. Qəlbimizdə əbədi qalacaqsınız, Vaxtanq Kikabidze. Allah rəhmət eləsin!"
"Çox üzücü xəbər gəldi. Vaxtanq Kikabidze vəfat etdi. Vaxtanqla tanışlığım 1970-ci illərin sonunda film və teatr sahəsində elə də məşhur olmadığım vaxtlarda oldu. Vaxtanq Konstantinoviçi çok sevdim və çox hörmət etdim. İki xalqı bir araya gətirən və Müslüman Magomayev, Vaqif Mustafazadədən böyük sevgi ilə danışan bir gürcü bizdən ayrıldı. Allah rəhmət etsin!"
Aparıcı Tural Əsədov:
"Rəhmətlik özü xahiş elədi ki, gəl şəkil çəkdirək… Elə bil ürəyinə danmışdı".
Xatırladaq ki, 84 yaşlı sənətçinin bir müddət əvvəl ağır xəstə olduğu bildirilib. Kikabidze daha çox pilot Valentin Mizandari rolunu oynadığı “Mimino” və Kikabidzenin Kartaxena Beynəlxalq Film Festivalında ən yaxşı aktyor mükafatını aldığı Corc Daneliyanın “Ağlama!” filmi ilə tanınıb.
Oxşar xəbərlər
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı - SƏRƏNCAM
Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm...