Azərbaycanlı həkim koronavirusdan vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində çalışan həkim vəfat edib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünyasını dəyişən həkim Cəmşid Abbasovdur.
Bildirilib ki, səhhətində problemlər yaşanan həkim bir müddət Bakı şəhərində müalicə alıb. Lakin edilən bütün tibbi yardımlara baxmayaraq, Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Cəmşid Abbasov ixtisasca terapevt idi.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında çalışan Cəmşid Abbasov ölkənin ikinci böyük şəhərində ən tanınmış həkimlərdən biri olub. Sosial şəbəkələrdə həkimin koronavirusdan vəfat etdiyi deyilir.
Oxşar xəbərlər
Koronavirusdan sağalmış Bakı sakini: “Hərarətim 38,7 dərəcəyə yüksələndə...” - MÜSAHİBƏ
“Koronavirusa yoluxduğum ağlıma gəlməzdi. Düşünürdüm ki, gigiyena qaydalarına tam riayət edirəm. Analizin nəticəsi pozitiv çıxdı. Həkimlər mənə “koronavirusa yo...