Azərbaycanlı futbol hakimi koronavirusa yoluxdu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət çıxıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanada tibbi müayinədən keçib.
Evinə qayıtdıqdan sonra Məmmədova testinin pozitiv çıxdığını bildirərək onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.
Azərbaycanlı tələbənin otaq yoldaşlarının universitetlərdə tətil elan olunması səbəbindən Azərbaycana qayıtdıqları müəyyənləşib.
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.
Oxşar xəbərlər
Koronavirusa yoluxan azərbaycanlı həkimdən MÜRACİƏT – VİDEO
COVİD 19 virusundan heç kim sığortalanmayıb, hətta həkimlər belə. O ki qaldı sıravi vətəndaş olsun. BAKU.WS xəbər verir ki, bunu bir müddət əvvəl koronavirus x...