Azərbaycanlı diaspor fəalları ailəlikcə koronavirusa yoluxdular - RƏSMİ

11
may
2020
17:31
“Xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var”.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
Onun sözlərinə görə, hər gün Komitə tərəfindən həmin şəxslərin gündəlik vəziyyəti, ehtiyacları öyrənilir.
V.Vahidqızı qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var:
“Onlar Macarıstan, Yunanıstan, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən olan fəallarımızdır. Həmin şəxslərdən sağalanlar da var”.
Oxşar xəbərlər
Azərbaycanlı alim koronavirusa qarşı vaksin hazırladı - FOTO
Çikaqo Universitetinin (University of Chicago) alimləri koronavirusa qarşı hazırladıqları vaksini sınaqdan keçirərək uğurlu nəticələr əldə ediblər. Ali təhsil m...