Azərbaycanın Xalq artisti ikinci dəfə koronavirusa yoluxdu - FOTO

Azərbaycanın Xalq artisti ikinci dəfə koronavirusa yoluxdu - FOTO
Sosial 2093

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayev koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə "qaynarinfo"ya aktyorun özü bildirib. O hazırda “Yeni Klinika”da müalicə olunduğunu deyib:

“Beş gündür xəstəxanadayam. Bundan əvvəl bir dəfə də yoluxmuşdum. İkinci dəfə yenə yoluxdum. Vaksin də vurdurmuşdum. İndi şükür yaxşıyam, qızdırma yoxdur, bir az quru öskürək qalıb”.

Aktyor virusa teatrda yoluxuğunu bildirib: “Teatr karantinə bağlıdır, profilaktika gedir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər