Azərbaycanın sabiq həndbolçusu İranə Yaqubova narkotik asılılığını etiraf etdi
Azərbaycan həndbol millisinin keçmiş üzvü İranə Yaqubova narkotik vasitələrdən istifadə etdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə bloqer Nail Kəmərli paylaşım edib.
Uzun illər "Azəryol" və ABU klublarında çıxış edən Yaqubova açıqlamasında ağır günlər yaşadığını və idmana qayıtmaq istədiyini bildirib:
"Mən bu hala necə düşdüyümü bilmirəm. Bəzən özümə baxıb düşünürəm: İranə, sən nə günə qalmısan? Axı belə olmamalı idin... Amma yenidən həndbola qayıtmaq istəyirəm. Hətta yuxularımda belə məşq etdiyimi, qollar vurduğumu görürəm."
Qeyd edək ki, İranə Yaqubova 20 ilə yaxın həndbolla məşğul olub və Azərbaycan millisində hücumçu kimi çıxış edib.
Oxşar xəbərlər
Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq?
Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl p...