Azərbaycanın Rus İcması Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO
08
noy
2023
11:54
Azərbaycanın Rus İcmasının kollektivi Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib.
“Report" xəbər verir ki, icma nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.
İcmanın kollektivi şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.
Həmçinin icma üzvləri Azərbaycan vətəndaşı və milliyyətcə rus olan iki Vətən müharibəsi şəhidinin məzarını da ziyarət ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...