Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə işlər aparılır

Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə işlər aparılır
Sosial 57

"Asiya İnkişaf Bankının “Azərbaycanda texnoloji startapların inkişafına dəstək” layihəsinin məqsədi Bakı ilə yanaşı, ölkənin regionlarında da innovasiyaların, startap layihələrinin və texniki həllərin inkişafıdır".

BAKU.WS xəbər verir ki, bunu Trend-ə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov deyib.

O bildirib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Gəncə və Şəki şəhərlərində yerləşən resurslarından istifadə etməklə Azərbaycanın regionlarında IT sektorunun innovativ inkişaf proqramının hazırlanması işi aparılacaq.

M.Kərimovun sözlərinə görə, layihənin əsas məqsədi Gəncə və Şəki şəhərlərində innovasiya sektorunun dəstəklənməsi üzrə proqramların yaradılması, dayanıqlı sistemin qurulması, regionlarda sahibkarlığın inkişaf etdirilməsidir.

Qeyd edək ki, layihənin dəyəri 550 min dollar təşkil edir. Bu məbləğin 500 min dolları qrantlar şəklində Cənubi Koreyanın “Elektron Asiya və Biliklər” Tərəfdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər