Zəlzələ nəticəsində dağıntı baş verib? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***12.18
Gürcüstanda baş verən 4,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Azərbaycanın rayonlarında da hiss olunub.
BAKU.WS xəbər verir ki, bu Seysmoloji mərkəzdən məlumat verilib.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə 6-9 ballıq zəlzələ ola bilər - “Elmlər Akademiyası”
Son zamanlar bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. Yeraltı təkanların gücü yüksək həddə çatmasa da, müxt...