Azərbaycanın otel və istirahət mərkəzlərində yataq sayı açıqlandı - SİYAHI

Azərbaycan turizm sektorunda artım təkcə otellərin sayında deyil, həm də onların yerləşdirmə imkanlarında özünü göstərir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, ölkə üzrə fəaliyyət göstərən otel və istirahət mərkəzlərində ümumilikdə 67 376 nəfərlik yataq yeri mövcuddur.
Bu rəqəm 2019-cu ildəki göstəricidən (49 980 yer) xeyli çoxdur və son illərdə aparılan infrastruktur layihələrinin, regionlarda turizmin stimullaşdırılmasının və investisiyaların nəticəsidir.
Ən çox çarpayı yeri Bakı şəhərində – 28 998 nəfərlik – qeydə alınıb. Paytaxtı Quba-Xaçmaz (12 033), Şəki-Zaqatala (5 360), Lənkəran-Astara (4 876) və Gəncə-Daşkəsən (4 140) bölgələri izləyir. Qərb bölgələri və Qarabağda da otel tutumunun artması diqqət çəkir – xüsusilə Qarabağda 2019-cu ildən bəri yataq sayı 288-dən 3 296-ya yüksəlib.
Qeyd edək ki, bu dinamika Azərbaycanın turizm bazarının dayanıqlı böyüməsini və bölgələr arasında balanslı inkişafı göstərir. Turistlər üçün isə bu, daha çox seçim, daha çox rahatlıq və yeni istiqamətlər deməkdir.
2025-ci ildə ən çox yataq yerinə sahib olan Top-10 bölgə:
1. Bakı şəhəri – 28 998 yer
2. Quba-Xaçmaz – 12 033 yer
3. Şəki-Zaqatala – 5 360 yer
4. Lənkəran-Astara – 4 876 yer
5. Gəncə-Daşkəsən – 4 140 yer
6. Qarabağ – 3 296 yer
7. Dağlıq Şirvan – 2 414 yer
8. Mərkəzi Aran – 1 496 yer
9. Abşeron-Xızı – 1 249 yer
10. Qazax-Tovuz – 1 113 yer
Orxan Hüseyn
Oxşar xəbərlər
Valideynlərdən məktəb avtobuslarının qiyməti ilə bağlı NARAZILIQ
Altı gündür fəaliyyətə başlayan və cəmi 10 məktəbi əhatə edən məktəb avtobusları layihəsi sosial şəbəkələrdə çoxsaylı narazılıqlara səbəb olub. BAKU.WS Xəzər TV...
