Azərbaycanın mədəniyyət naziri Gürcüstana səfər edəcək

05
iyl
2021
21:44
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, o, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.
Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.
A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb.
Oxşar xəbərlər
Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələrinin sayı açıqlanıb
Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. BAKU.WS Təhsil...