Azərbaycanın KOB-ları "Alman Qətər Qrup”la əməkdaşlıq edə bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kiçik və orta biznes (KOB) subyektləri “Alman Qətər Qrup”la əməkdaşlıq edə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat yayıb.
Bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov “Alman Qətər Qrup”un baş direktoru Anas Kassem Al Onazi ilə görüşüb.
Onlayn keçirilən görüşdə KOBİA-nın mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəklər və xidmətlər barədə məlumat verilib, ölkəmizə investisiya qoyuluşu imkanlarına, KOB-lar arasında turizm və digər sektorlarda əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Qazaxda iki KOB dostu fəaliyyətə başlayıb - FOTO - YENİLƏNİB
Qazax rayonunda sahibkarlıq fəaliyyətinin qurulmasına və inkişafına dəstək məqsədilə 2 KOB dostu fəaliyyətə başlayıb. BAKU.WS-in İqtisadiyyat Nazirliyinin tabel...