Azərbaycanın bu rayonunda problem - 9 500 abonent qazsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Maqsudkənd kəndi ərazisində yeni çəkilmiş qaz xəttinin istismarda olan yeraltı qaz kəmərinə qoşulması ilə əlaqədar Xudat şəhərində və ətraf kəndlərdə 9 500 abonentə "mavi yanacağ"ın verilişində fasilələr yaranıb.
Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi yaranmış fasilə ilə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...