Azərbaycanın bu ərazilərinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.
Qar örtüyünün hündürlüyü Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.
Oxşar xəbərlər
Azərbaycanda bu ərazilərə qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit h...
