Azərbaycandilli "Vikipediya" seqmenti ətrafında manipulyasiya cəhdi
"Son günlər "Vikipediya"da azərbaycanlı şəhidlərlə bağlı məqalələr kütləvi surətdə silinir. Söhbət 3 minə yaxın məqalədən gedir".
Bunu "Report"a açıqlamasında texno-bloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Aprel döyüşləri şəhidləri ilə bağlı yazılanlar ard-arda silinir:
"Azərbaycanlı inzibatçılar buna zəmin hazırlayırlar. Bu çərçivədə şəhidlərimizə həsr olunan məqalələrinin "Vikipediya"dan silinməsinə hazırlıq görülürdü. Əsas kimi həmin məqalələrin ensiklopedik olmaması göstərilir. Uzun müddət bu hazırlığın qarşısı alındı. Sonradan isə buna qarşı çıxan inzibatçılar idarəetmədən uzaqlaşdırıldılar. Beləliklə, onlar üçün istədikləri şəxsin məqaləsini redaktə etmək, silmək üçün şərait yarandı".
Ekspert bildirib ki, vətənə xəyanətdə ittiham olunan Bəhruz Səmədovun məqaləsini beş dildə yayımlayanlar indi azərbaycanlı şəhidlərin məqalələrinin silinməsi üçün ciddi səy göstərirlər:
"Onlar müxtəlif adlar altında gizlənməli deyillər. Belələrinə misal olaraq, Cəlal Cavadovu, Ayxan Zayıdzadəni göstərmək olar. Hər kəs onları tanımalıdır. Mən də bunun üçün mübarizə aparıram".
F.Pərdəşünasın sözlərinə görə, məqalələrin silinməsi təkcə azərbaycandilli "Vikipediya" ilə kifayətlənmir: "Hətta türk dilində olan məqalələrin silinməsi üçün də cəhd edilir, bu məsələ səsverməyə qoyulur. Onların özlərinə bəraət qazandırması faktı dəyişmir. Bu şəxslər azərbaycandilli "Vikipediya"nın əllərində olması üçün uzun müddət çalışıblar. İndi də azərbaycandilli "Vikipediya" seqmentini istədikləri kimi manipulyasiya edirlər. Bu, yolverilməzdir".
Qeyd edək ki, son günlər "Vikipediya"da Azərbaycan şəhidlərinin məqalələri silinir. "Vikipediya"sı silinənlər arasında haqqında bir neçə film olan yüksəkrütbəli hərbçilər də var. Həmçinin Xocalı qurbanları barədə məqalələrin silinməsinə də cəhd edilir.
Oxşar xəbərlər
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
Xəbər verildiyi kimi Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (...