Azərbaycandan təxliyə ediləcək Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Azərbaycandan təxliyə ediləcək Türkiyə vətəndaşlarının sayı açıqlanıb
Sosial 145

59 ölkədə olan 25 min Türkiyə vətəndaşı “Türk Hava Yolları” tərəfindən Türkiyəyə təxliyə ediləcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq “Türk Hava Yolları” tərəfindən 195 uçuş həyata keçiriləcək.

Almaniyadan 3 min 269, Səudiyyə Ərəbistanından 2 min 201, ABŞ-dan 1632, Böyük Britaniyadan 1559, Küveytdən 1463, Əlcəzairdən 1200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Azərbaycandan 662, Hollandiyadan 648, Kanadadan 543, Şimali Kiprdən 540, Birləşmiş Ərəb Əmirliklərindən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352 və İsveçrədən 341 nəfər Türkiyəyə gətiriləcək.

Bundan başqa Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosova, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan, Avstriya, Slovakiya, Mərakeş, Tailand, Çernoqoriya, Danimarka, Qana, Seneqal, Benin, Qatar, Efiopiya, Somali, Mavritaniya, Niger, Keniya, Banqladeş, Pakistan, Malayziya, Sinqapur, Hindistan və Bosniya və Herseqovinadan da Türkiyə vətəndaşları öz ölkələrinə təxliyə ediləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər