Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır: “Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”.
Oxşar xəbərlər
SON DƏQİQƏ - Ölkədaxili qatarların hərəkəti dayandırılır
Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır....