Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və qarabaşağı Biləcəridən yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Oxşar xəbərlər
Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənili...