Azərbaycanda yumurtanın qiyməti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
"Bayramqabağı bir həftə müddətində müəyyən çətinliklər yarana bilər, amma qiymətin bahalaşması gözlənilmir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.
Assosiasiya sədri əlavə edib ki, hazırda Azərbaycandan digər ölkələrə yumurta ilə bağlı ixrac yoxdur:
"İxrac dayandırılıb ki, ölkədə qiymət bahalaşması olmasın. Region ölkələri içərisində ən ucuz yumurta Azərbaycandadır. Ölkəmiz dünyada ən ucuz yumurta satılanların ilk onluğunda qərarlaşıb.
Hindistan, Pakistan, İndoneziya və Malayziyadan sonra ən ucuz yumurta satılan ölkələr siyahısında Azərbaycan da var. Gürcüstanda hazırda yumurta 25 qəpik, Türkiyədə 27-28 qəpik, İranda 23 qəpik, Rusiyada 22 qəpik, Belarusda 24 qəpikdir. Azərbaycanda isə yumurta 16-19 qəpik arasında marketlərdə satılır".
Qeyd edək ki, Azərbaycandan ona yaxın ölkəyə yumurta ixrac olunur. Bu ölkələrin arasında ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan və digər ölkələr var.
Orxan Hüseyn
Oxşar xəbərlər
Hava ilə bağlı əhaliyə VACİB MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidromet...