Azərbaycanda yerli istehsal avtobusların satışı gömrük rüsumundan azad edilib
24
dek
2024
19:19
Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.
Bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.
Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.
Oxşar xəbərlər
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb
Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 11...